Basketbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin növbəti matçı keçirilib.
“Unikal” xəbər verir ki, seriyanın ikinci oyununda “Xırdalan” və “Sabah” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində baş tutan görüş ikincilərin qələbəsi ilə yekunlaşıb - 81:62.
lk görüşdə də rəqibindən 101:85 hesabı ilə üstün olan "tələbələr" adlarını finala yazdırıblar.