Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir.

***17:32

Talış dağlıq zonasında və Lənkəran rayonunda 5.2 maqnitudalı zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə ZəlzələlərinTədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, ilkin məumata görə, zəlzələ yerli vaxtla 17:23 radələrində olub. Yeraltı təkanlar 18 km dərinlikdə qeydə alınıb.

Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.