17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi mayın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 hazırlıq çərçivəsində iki beynalxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Yığma mayın 18-də və 21-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Hər iki görüş saat 17:00-da Bakı Olimpiya Stadionunun əsas meydançasında təşkil olunacaq.