Amerikalı rejissor, "Oskar" mükafatçısı Rocer Korman 99 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə rejissorun ailəsi məlumat yayıb.

O, Kaliforniyadakı evində vəfat edib. 

Korman 600-dən çox filmə rejissorluq edib. Onların arasında: “Qara Əqrəb”, “Qan vedrəsi”, “Piranalar” və s. xüsusi yer tutur.

2009-cu ildə Korman kinonun inkişafındakı xüsusi xidmətlərinə görə "Oskar" mükafatına layiq görülüb.