Türkiyə- Azərbaycan Universitetində sentyabr ayında tədrisin başlaması planlaşdırılıb.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Universitetin tədris binasının yeri ilə bağlı tam işlər bitib. Yaxında bununla bağlı ictimaiyyətə açıqlama veriləcək", - deyə nazir bildirib.