İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə gəlib. Rəydə qeyd olunur ki, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.
Xatırladaq ki, bundan əvvəlki ekspertiza rəyi də hazırkı ilə eyni olmuşdu.
Bundan sonrakı mərhələdə Ə.Əhmədova yekun ittiham elan ediləcək, cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Məhkəmə də təqsirləndirilən şəxsin hadisəni anlaqız vəziyyətdə törətdiyi qənaətinə gəlsə Əhməd Əhmədov cəzadan azad ediləcək. Lakin o, azadlığa buraxılmayacaq, barəsində ixtisaslaşmış tibb müəssisəsində məcburi müalicə təyin ediləcək.