"COP-29 başlayan müddətə qədər minimum əməkhaqqının artırılmasına dair yeniliyin olacağı gözlənilir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, artımın miqdarı və zamanı isə noyabrın 1-dək hazırlanan təkliflərdən asılı olacaq.
"Ehtimal etdiyim artım miqdarına və tarixinə gəldikdə, düşünürəm ki, bu əsasən inflyasiya göstəricisindən asılı olacaq. İlkin proqnozlarda 2024-cü ildə ölkədə illik inflyasiyanı İN-i 5,3 %, BMT 5,9 % proqnozlaşdırsa da, Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu aprel ayında azaldaraq 2024-cü üçün 3,5 % olaraq açıqlayıb. Deməli, hazırda 345 manat olan minimum əməkhaqqının minimum 5% artımla yenilənməsi olacaq ki, bu da 362-363 manat deməkdir.
Nəzərə alsaq ki, 345 manatlıq məbləğ 2023-cü ilin 1 yanvarından müəyyən edilib, deməli əhalinin alıcılıq qabiliyyətinə təsir edən 2023-cü ildə inflyasiya göstəricilərinin də nəzərə alınması daha doğru olardı. 2023-cü ildə 8.8 % inflyasiya qeydə alınıb. Odur ki, inflyasiyanın 2 il ərzində təsir etdiyi alıcılıq qabiliyyətinin qorunması üçün bu artımın 13-14% ətrafında müəyyənləşməsi daha realdır. Bu isə minimum əməkhaqqının növbəti dəfə 390-400 manata qədər artırılma ehtimalının olduğunu göstərir. Subyektiv olaraq gözləntim 370-400 manat intervalının yuxarı sərhədləridir".
Bunun tətbiq edilmə vaxtına gəldikdə, ekspert qeyd edib ki, bunun 2025-ci ilin ilk aylarından olacağını ehtimal etmək olar: "Ona görə ki, təkliflərin hazırlanıb təqdim edilmə tarixi bu ilin 11-ci ayına müəyyən edilib. Odur ki, qərarın qəbul edilməsi və fərmanın icrası üçün da lazım olan zamanı əlavə etsək, 2025-ci ildən yeniminimum əmək haqqı səviyyəsinin müəyyən ediləcəyini gözləyə bilərik".