Elmi dərəcəsi olan işləyən qadınların maaşları artırıla bilər.

"Unikal" xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il sentyabrın 1-dək elmi dərəcəsi olan işləyən qadınların maaşlarına artım və ya əlavə məzuniyyət gününün verilməsi imkanlarının beynəlxalq təcrübədə araşdırılması və müvafiq təkliflərin hazırlanaraq Komissiyaya təqdim etməsi tapşırılıb.