Xəbər verdiyimiz kimi, Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
Deputat Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, saatlıq əməkhaqqı inkişaf etmiş ölkələrdə tətbiq edilən mexanizmdir.
O bildirib ki, burada məqsəd saatlıq əməkhaqqının hesablanması və buna uyğun olaraq aylıq əməkhaqqı məbləğinin müəyyənləşdirilməsi, digər tərəfdən isə qeyri-iş günlərində və ya iş saatından sonra saatlıq əməkhaqqı hesablanan zaman xüsusi əmsalların tətbiq edilməsidir:
"Aylıq əməkhaqqı hesablanmasından saatlıq əməkhaqqı mexanizminə keçid əməkhaqqını artıra bilər. Bu imkan verə bilər ki, vətəndaşlarımız öz iş saatlarını daha səmərəli şəkildə istifadə edə bilsinlər. Bununla yanaşı daha yüksək əməkhaqqı almaq imkanına malik olsunlar".
Anar Kəlbiyev