Yuxuda keçirdiyimiz vaxt şüuraltımızın dərinliklərinə çatmaq üçün bir yol hesab olunur. Bununla belə, hansı formada yatmağınız şəxsiyyətiniz haqqında ipucu verə biləcəyi müəyyən edilib.

"Unikal" fərqli yatma formalarına görə xarakterləri təqdim edir:

1. Yana doğru yatmaq


Yan üstə uzanarkən dizlərinizi irəli uzatmadan yata bilmirsinizsə, bu, sizin sakit və etibarlı bir insan olduğunuzu bildirir. Sizi incitmək asan deyil və gələcəkdən də qorxmursunuz. Ən pis günlərdə belə gülümsəmək qabiliyyətinə maliksiniz  və həyatınızda baş verən demək olar ki, istənilən dəyişikliyə problemsiz bir şəkildə uyğunlaşa bilirsiniz.

2. Fetal şəklində yatmaq 

 Cenin Pozisyonu Nedir? - İnnova Bedding
Əgər siz əsasən fetal vəziyyətdə yatırsınızsa, tez-tez qorunmağa, başa düşülməyə və rəğbət qazanmağa ehtiyac hiss edirsiniz. Bu cür qıvrılaraq, ətrafınızdakı dünyada qarşılaşdığınız problemlərdən özünüzü təcrid etməyə çalışırsınız. Rəsm çəkmək, rəqs etməyi öyrənmək və ya bloq yazmaq kimi istedadlarınız ola bilər, lakin sizdə olmadığını düşünürsünüzsə, onları hələ kəşf etməmiş ola bilərsiniz.

3. Üzüstə yatmaq

Uzmanlar uyarıyor: Sakın yüzüstü yatmayın! Bakın nelere sebep oluyormuş...
Əgər qarnınız üstə, qollarınız və ayaqlarınız açıq yatırsınızsa, lider insan ola bilərsiniz. Siz tez-tez impulsiv hərəkət edirsiniz və təşəbbüs göstərirsiniz. Bundan əlavə, siz həm şəxsi, həm də iş həyatınızda mütəşəkkil bir insansınız. Eyni zamanda, hər şeyi əvvəlcədən planlaşdırmağa üstünlük verirsiniz və sürprizləri sevmirsiniz. Bununla belə, əzmkarlığınız və məsuliyyət duyğunuz böyük uğur qazanmağınıza kömək edir.

4. Arxası üstə yatmaq 

Sırt Üstü Yatmak Zararlı Mı? Sağlıklı Mı? - İnnova Bedding
Əgər arxa üstə yatırsınızsa, çox güman ki, həyatı sevən, diqqət mərkəzində olmağa öyrəşmiş, yaxşı dostluq əlaqələri olan pozitiv bir insansınız. Siz rasional  bir insansınız və həmişə həqiqəti söyləməyə üstünlük verirsiniz. Bu şəkildə yatan insanlar adətən çox güclü şəxsiyyətlərə malikdirlər.

5.Dümdüz arxası üstə yatmaq

Sırt Üstü Yatmak Boy Uzatır mı? - Bambi Yatak - Yatak Sanatı | Yatak  Fiyatları

Dümdüz arxası üstə yatmaq həyatda məqsədlərinin nə olduğunu bilən və onlara nail olmaq üçün əzmlə çalışan, çox güman ki, rahat bir insan olmağınızdan xəbər verir. Siz həm də sərt və tələbkar ola bilərsiniz, amma ən çoxunu ilk növbədə özünüzdən tələb edirsiniz.

6. Bir ayaq havada yan yatmaq

 Uyurken kendinizi ele veriyor olabilirsiniz: İşte uyku pozisyonlarının  gizli anlamları

Bir ayağınız havada yatırsınızsa, ümumiyyətlə hər cür macəralara qapılan gözlənilməz bir xasiyyətiniz var. Ancaq əhvalınız o qədər tez dəyişə bilir ki, ətrafınızdakıları bu hal çaşdırır. Çox vaxt qərar verməkdə və seçim etməkdə çətinlik çəkirsiniz. İşdə və ümumiyyətlə həyatda sabitliyə, sülhə, sakitliyə və dəqiqliyə üstünlük verirsiniz. Əgər tək bir forma əvəzinə müxtəlif formalarda yatırsınızsa, bu, sizin hətta hələ tam dərk etmədiyiniz gizli dərinliklərə malik çox yönlü bir xasiyyətiniz olduğuna işarədir.

Zərifə Nağıyeva