Şirvan şəhər təhsil sektoruna yeni müdir təyin olunub.
"Unikal" xəbər verir ki, bu vəzifəyə Varis Qasımlı təyinat alıb.
Varis Qasımlı bundan əvvəl Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunda aparıcı məsləhətçi işləyib və eyni zamanda 2024-cü il fevral ayının 26-dan etibarən Şirvan şəhər təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edib.