Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov deyib.

O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var.

"Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca rus bölməsi üzrə sinif sayı artırıla bilər", - deyə o əlavə edib.