Ağcabədidə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti ağırdır.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından "Unikal"a bildirilib ki, mayın 15-də saat 07:00 radələrində 2007-ci il təvəllüdlü yeniyetmə dəm qazından zəhərlənmə şübhəsi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinə hospitalizasiya olunub. Yeniyetmənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

2010-cu il təvəllüdlü azyaşlının isə həkiməqədər ölüm halı qeydə alınıb.

*** 14:46

Ağcabədidə 2 azyaşlı dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə Boyat kəndində baş verib.

Belə ki, Emil Hümbətov və bacısı Filiz Hümbətova dəm qazından zəhərləniblər. Zəhərlənmə nəticəsində Emil Hümbətov dünyasını dəyişib.

Filiz Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.