Rusiya Federasiyasının Qarabağdakı Sülhməramlı Qüvvələrinin komandanı general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub.

"Unikal" xəbər verir ki, bu barədə Xocalıda Rusiya Sülhməramlı Kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasimdə bildirilib.

Həmçinin Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə medallarla təltif ediliblər.