Dönər alarkən vətəndaşların diqqət etməli olduğu məqamlar açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib.

Dönər alarkən aşağıdakılara diqqət edilməlidir:

-Qida təhlükəsizliyi qeydiyyatından keçməsinə

-Dönər ətinin baytarlıq şəhadətnaməsinin mövcud olmasına

-Dönər hazırlayan şəxsin gigiyena qaydalarına riayət etməsinə 

-İnqrediyetlərin təmizliyinə və saxlanma şəraitinə 

-Mayonez, ketçup və digər sousların soyuq rejimdə saxlanılmasına.