Sumqayıt şəhərində mayın 17-də 12 min 500 abonentə təbii qazın verilişində fasilə yaranacaq.

SOCAR-ın "Azəriqaz" İB-nin Sumqayıt Qaz İstismar Sahəsindən "Unikal"a verilən məlumata görə, “Şəhər-1” xəttindən qidalanan D-159 mm-lik orta təzyiqli qaz kəmərində qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq 2024-cü il mayın 17-də saat 10:00-dan etibarən, işlər yekunlaşana qədər Sumqayıt şəhərinin 4-cü, 5-ci, 9-cu, 16-cı, 17-ci, 18-ci, 19-cu, 20-ci, 21-ci, 22-ci məhəllələrində qaz təminatında məhdudiyyətlər yaranacaq.