Xəbər verdiyimiz kimi, Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib.

"Unikal"ın məlumatına görə, vakansiya elanından sonra sözügedən vəzifələrə qoyuan tələblər maraq doğurub. 

Belə ki, bəziləri bu tələblərin yüksək olmasından şikayətlənib, bəziləri isə normaya uyğun olduğunu bildirib

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə qoyulan tələblər bunlardır: 

• ictimaiyyətlə əlaqələr, jurnalistika, marketinq və ya müvafiq sahə üzrə
magistr elmi-ixtisas dərəcəsi;

• ictimaiyyətlə əlaqələr və ya kommunikasiya sahəsində minimum 5 il,
idarəetmə ilə bağlı minimum 2 il təcrübə (sözügedən təcrübənin ali təhsil
müəssisələrində olması üstünlükdür);

• uğurlu PR kampaniyalarının hazırlanması və həyata keçirilməsi üzrə
təcrübə;

• Azərbaycan və ingilis dillərində yüksək səviyyədə ünsiyyət bacarığı;

• rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə bacarığı;

• liderlik və idarəetmə bacarığı;

• qərar qəbuletmə və problem həlletmə bacarığı;

• stresədavamlılıq;

• böhran kommunikasiyasının idarə olunmasına dair təcrübə;

• tədqiqat və analitik təhlil bacarığı.

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vakansiyası üzrə qoyulan tələblər isə bunlardır: 

• ictimaiyyətlə əlaqələr, jurnalistika, marketinq və ya müvafiq sahə üzrə
bakalavr təhsili;

• ictimaiyyətlə əlaqələr və ya kommunikasiya sahəsində minimum 3 il
təcrübə (sözügedən təcrübənin ali təhsil müəssisələrində olması
üstünlükdür);

• yerli media ilə yaxından tanışlıq;

• effektiv ünsiyyət və təşkilati bacarıqlar;

• Azərbaycan dilində səlis danışıq qabiliyyəti (ingilis dili biliyi üstünlükdür);

• rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə
bacarıqları;

• operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;

• tədqiqat və analitik təhlil bacarığı.