Dünyanın narahat edən problemlərdən biri iqlim dəyişikliyidir.
"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumunda deyib.
Onun sözlərinə görə, bu səbəbdən baş verən təbii fəlakətlər ciddi problemlər yaradır:
"Azərbaycan bunun üçün töhfəsini verməyə davam edir. İnkişaf etmiş ölkələrdə karbon vergisi tətbiq olunur. Ölkəmizdə də bu istiqamətdə yeni qanun layihəsi hazırlanıb. Bu artıq yekun prosesdədir".