Söhbət daha sağlam həyat sürməkdən gedirsə, mütəxəssislər gündəlik vərdişlərdəki kiçik dəyişikliklərin uzunmüddətli nəticələr verəcəyi qənaətinə gəliblər.
"Unikal" sağlamlığa müsbət təsir göstərən 15 dəyişikliyi təqdim edir:
1. Yaddaşı yaxşılaşdırmaq üçün çiyələk yeyin;
2. Maksimum arıqlaya bilmək üçün səhər yeməyindən əvvəl idman edin;
3. Ruhunuzu sağaltmaq üçün hər səhər diqqətinizi fərqli istiqamətlərə yönəldin;
4. Sabit kiloda qalmaq üçün gün ərzində hərəkətli olun;
5. Zülal qəbul etməyi unutmayın;
6. Daha uzun yaşamaq üçün daha sürətli gəzin;
7. Bağırsaqlarınızdakı bakteriyaları təmizləmək üçün lif yeyin;
8. Dərinizi qorumaq üçün qoruyucu vasitələr olmadan günəşə çıxmayın;
9. Beyninizi qorumaq üçün içkini azaldın;
10. Hər gün beş dəqiqə uzanın;
11. Demansın qarşısını almaq üçün dostunuzla danışın;
12. Ürəyinizi qorumaq üçün yemək vaxtlarınızı irəli çəkin;
13. Ağciyərlərinizi qorumaq üçün nəfəs aldığınız havaya diqqət edin;
14. Stressə qalib gəlmək üçün nəfəs məşqləri edin;
15. Yatmağınıza kömək edəcək işlər siyahısı hazırlayın.
Zərifə Nağıyeva