Ədliyyə Nazirliyi Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.
Qeyd edək ki, işdən çıxarılan rəis Baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.
Murad İbrahimli