Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Britaniyanın Anglo-Asian Mining PLC şirkəti Qarabağdakı mədənlərə çıxış əldə etmək üçün Azərbaycan hökuməti ilə danışıqlara başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Azərbaycan 2023-cü ildə Qarabağ üzərində tam suverenliyini bərpa edib və Rusiya sülhməramlıları bu yaxınlarda ərazini tərk edib. Şirkətə hələ ki, Qarabağdakı müqavilə sahələrinə giriş icazəsi verilməyib. Bununla belə, müqavilə ərazilərində yerləşən aktivlərə çıxış və hasilata başlanması ilə bağlı hökumətlə ilkin danışıqlara başlanılıb", - deyə şirkətdən bildirilib.
Bildirilib ki, Ağdərədə yerləşən "Qızılbulaq" qızıl mədəni və "Dəmirli" mis-molibden mədəni perspektivli layihələrdir. Şirkətin texniki qrupu bu yaxınlarda mədəndə olub.
Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir.
Ağarza Elçinoğlu