Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə 24-25 may 2024-cü il tarixlərində “Azərbaycan beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
"Unikal" xəbər verir ki, yerli və müxtəlif ölkələrdə çalışan elm adamları, mühəndislər, ali məktəblərin professor-müəllim heyəti, doktorant, dissertant, magistrlər üçün nəzərdə tutulan konfrans tədqiqat bacarıqlarını inkişaf etdirmək və elmə əhəmiyyətli töhfələr vermək məqsədi daşıyır.
Konfransda nəqliyyatın aktual problemlərinin geniş müzakirə olunacaq. Eyni zamanda nəqliyyat logistikası, nəqliyyat dəhlizlərinin işi, hərəkətin təşkili, nəqliyyatda təhlükəsizlik və risklərin idarə edilməsi, nəqliyyat vasitələrinin etibarlılığı, dünya və region üçün böyük əhəmiyyətə malik olan qlobal istiləşmə, alternativ enerjiyə keçid istiqamətlərində məruzələr dinləniləcək.
Konfrans barədə daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: https://bit.ly/42FqwDH