Ermənistan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə sadiqliyini bir daha təsdiqləyir. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının 133-cü nazirlər sessiyasında çıxışı zamanı deyib. 

O, İrəvan və Bakı arasında müsbət irəliləyişlərdən danışıb: "Aprel ayında Ermənistan və Azərbaycan nəhayət ki, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında demarkasiya işlərinə başlayıb və bu, bir çox dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının Baş katibi tərəfindən müsbət qarşılanıb.

Azərbaycanın xarici işlər naziri ilə mayın 10-11-də Almatıda keçirilən son görüşdən sonra, Almatı Bəyannaməsində qeyd edildiyi kimi, Ermənistan ərazi bütövlüyünün qarşılıqlı tanınması, eləcə də hər iki ölkənin suverenliyi və yurisdiksiyası altında olan regional kanalların blokunun açılması prosesində, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında Cənubi Qafqazda sabit və davamlı sülhün əldə edilməsinə sadiqliyini bir daha təsdiqləyir". 

Ağarza Elçinoğlu