Müsabiqənin finalından kənarlaşdırılan niderlandlı “Avroviziya” təmsilçisi Yost Klyayn iyunun əvvəlində İsveçdə mühakimə oluna bilər.
"Unikal" xəbər verir ki, bu barədə NOS telekanalı vəkil Yan-Åke Feltaya istinadən məlumat yayıb.
Niderlandlı müğənninin vəkilinin sözlərinə görə, Klyayn "Avroviziya"zamanı hər hansı cinayət əməli törətdiyini inkar edir.
Vəkil qeyd edib ki, sənətçi ilə təşkilatçılar arasında o, səhnəni tərk edərkən çəkilişlərə getməyəcəyi ilə bağlı razılaşma olub. Lakin operator çəkilişləri davam etdirib və müğənninin onu çəkməyi dayandırmaq tələblərinə məhəl qoymayıb, bundan sonra o, kameranı özündən "uzaqlaşdırıb.
İsveçli vəkil onu da bildirib ki, sənətçi iyunun əvvəlində İsveçin Malmö şəhərində məhkəməyə gəlməli ola bilər.
Xatırladaq ki, Klyayn çəkiliş aparan qadın operatora təhdidedici jest göstərmişdi.