22 yaşlı gənc dərmandan zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə Şəki şəhər Bağbanlar küçəsində baş verib.
Həmin küçədə yaşayan 2002-ci il təvəllüdlü Məmmədov Asim Həsən oğlu yaşadığı evdə coxlu sayda dərman qəbul edib və vəziyyəti pisləşdiyi üçün o Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada A.Məmmədova lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Seymur Əli