Fələstinin HƏMAS hərəkatının komandiri Livanın şərqindəki Bekaa əyalətinin Əl-Məsna bölgəsində İsrailin hava hücumu nəticəsində həlak olub. 

Unikal” xəbər verir ki, bu barədə Livandakı hərbi mənbə məlumat verib.
Mənbənin məlumatına görə, İsrailə məxsus PUA Livan-Suriya sərhədi yaxınlığında yerləşən Əl-Məsna bölgəsində magistral yolda avtomobili vurub.
“Zərbə HƏMAS-ın Bekaa bölgəsinə rəhbərlik edən komandiri Şurahbil əs-Seyidin ölümü ilə nəticələnib”, - mənbə bildirib.
Mənbə əlavə edib ki, HƏMAS komandirindən başqa onun müşayiətçilərindən biri də öldürülüb.