Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb.

"Unikal" xəbər verir ki, reportajda Qarabağda Rusiyanın sülhməramlı missiyasının başa çatdığı qeyd olunub. Tamaşaçıların diqqətinə çatdırılıb ki, artıq “Dağlıq Qarabağ” yoxdur və Laçın yolu ilə hərbi texnika deyil, tikinti materialları daşıyan mülki avtomobillər hərəkət edir.

Telekanalın müxbiri Yeqor Qriqoryev Laçında davam edən bərpa işlərindən danışıb. Keçmiş məcburi köçkün Oqtay İsgəndərov isə Sus kəndindəki yeni evini göstərib.