Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə partiyadan bildirilib.
Məlumata görə, sessiyada Arif Hacılı Məclisin sədri seçilib.
Partiya başqanı İsa Qəmbər öz müavinlərini təqdim edib.
Məclis təqdimatları təsdiqləyib. Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli və Mustafa Hacıbəyli Müsavat başqanın müavini təyin olunublar.