Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb.

"Unikal"ın əldə etdiyi məlumatına görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. 

Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən  idarəyə rəis təyin olunub. 

Xatırladaq ki, Nəriman Cabbarov bundan öncə MN-nin Satınalma və Təhcizat İdarəsinin rəis müavini vəzifəsində işləyib. 

Azər İsrafilov