Türkiyə Superliqasında XXXVII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun mərkəzi oyununda lider "Qalatasaray" doğma meydanda "Fənərbağça"nə qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü vurub.
"Fənərbağça" 21-ci dəqiqədə meydanda azlıqda qalıb. Aleksandr Ciku ikinci sarı vərəqə ilə meydanda qovulub
İkinci pillədə yer alan "Fənərbağça" bu qələbə ilə xallarını 96-ya çatdırıb. 99 xalı olan "Qalatasaray" isə ilk sırada qərarlaşıb.
Qeyd edək ki, Superliqada çempionluğunu taleyinə son turda aydınlıq gələcək.
*** 11:45
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.
"Unikal" xəbər verir ki, 37-ci turda "Qalatasaray" evdə "Fənərbaxça"nı qəbul edəcək. "Rams Qlobal Stadionu"nda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Arda Kardeşler idarə edəcək.
Bu komandalar arasında son görüşdə "Qalatasaray" 3:0 hesablı qələbə qazanıb.
Bugünkü oyun çempionluğ baxımından da əhəmiyyət daşıyır. Əgər "Qalatasaray" heç-heçə etsə və ya qələbə qazansa, çempionluğu rəsmiləşdirəcək.
"Fənərbaxça" isə bu və son turdakı görüşdə qalib gəlməli, "Qalatasaray"ın məğlub olmağını gözləməlidir.
Hazırda turnir cədvəlində "Qalatasaray" 99 xalla liderdir, "Fənərbaxça" isə 93 xalla 2-cidir.
20:00- "Qalatasaray" - "Fənərbaxça"
Baş hakim: Arda Kardeşlər
"Rams Qlobal Stadionu"