İspaniya çempionatının növbəti turunda yeni çempion "Real Madrid" "Vilyarreal"ı qəbul edib.
"Unikal" xəbər verir ki, oyunda heç-heçə qeydə alınıb - 4:4.
Oyunda 4 qolu Aleksandr Sorlot, 2 qolu Arda Güler vurub. Xoselu və Lukas Vaskes da bir qolla kifayətləniblər.
Bununla da “Real” 94 xal toplayıb.
Ötənilki çempion "Barselona" "Vilyarreal"ı 3:0 hesabı ilə məğlub edərək 82 xalla ikinci yeri təmin edib. Oyunun üçüncü dəqiqəsində Robert Levandovski fərqlənib, Pedri isə 72 və 75-ci dəqiqələrdə qol vura bilib.
“Valensiya” üzərində 3:1 hesabı ilə qalib gələn “Jirona” 78 xalla üçüncüdür.
Madridin “Atletiko”su “Osasuna”ya 1:4 hesabı ilə uduzub. O, 73 xalla 4-cüdür.
Ağarza Elçinoğlu