BƏƏ-də "Şarjah Masters" şahmat turnirində altıncı turun görüşləri keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan şahmatçıları günü uğurla başa vurublar.
Teymur Rəcəbov və Aydın Suleymanlı turu qələbə ilə başa vurub. Əvvəlki beş partiyanı heç-heçə başa vuran Teymur ilk uğuruna imza atıb. Aydın isə erməni həmkarı Haik Martirosyanı məğlub edib.
Bu nəticələrdən sonra Süleymanlı dörd xalla 13-cü pillədə qərarlaşıb. O, liderlərdən bir xal geri qalır. Hesabında 3,5 xal olan Məhəmməd 15-ci, Teymur isə 30-cu yeri tutur. Eltac üç xalla 38-cidir.