Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2022/2023-cü tədris ilindən qoşulduğu Orhon Mübadilə Proqramı çərçivəsində Qazaxıstan, Türkiyə və Özbəkistan universitetləri ilə 30 müəllimin (15 qəbul, 15 göndəriş) və 2 (göndəriş) tələbənin mübadiləsini həyata keçirib.
"Unikal" xəbər verir ki, bunu UNEC-in rektoru Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.
Rektor qeyd edib ki, UNEC Özbəkistanın Kokand Universiteti, Türkiyənin Atatürk Universiteti, Ege Universiteti, Əhməd Yəsəvi Universiteti və Qazaxıstanın Şərqi Qazaxıstan Universiteti ilə mübadilə həyata keçirib.