Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2023 cü ildə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında qeyd edilib.
Müraciət edənlərin 27‐si kişi, 478‐i qadın, 328‐u uşaq, 9‐u əlil, 1‐i ahıl, 2‐ si miqrant. Zorakılıq törədənlərin isə 497‐ si kişi, 133‐ü qadın olub.
Qeyd edilib ki, məişət zorakılığı halları cəmiyyətin inkişafına, dövlətin ailə institutuna mənfi təsir göstərməklə bərabər, ailələrin dağılmasına səbəb olur.
Anar Kəlbiyev