Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva işsiz və gəliri olmayan kişilərin aliment ödəməsi üçün müəyyən çıxış yolları tapılmasını təklif edib.
"Unikal"ın məlumatına görə, J.Əliyeva bildirib ki, işsiz kişilər ayrıldıqdan sonra övladını saxlamaq üçün aliment vermək məcburiyyətindədir.
“Belə kişilərin hardan pul taparaq alimenti ödəməsi açıq qalan məsələdir. Hesab edirəm ki, bu məsələdə tək qadınların deyil, kişilərin də bu məsələdə hüquqları düşünməlidir. İşsiz və gəliri olmayan kişilərin aliment ödəməsi üçün uyğun yollar axtarılması yaxşı olardı”, o bildirib.
Deputat qeyd edib ki, bir-iki kənd istisna olmaqla, ölkə üzrə icra nümayəndəliklərində heç bir dənə də olsun icra nümayəndəsi qadın yoxdur: "Halbuki kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz. Elə dövlət qurumları var ki, orada kişilərin sayı çoxdur. Digər qurumlarda isə bu göstərici əksinədir. Bu da onu deməyə əsas verir ki, qadınlar sırf bacardığı sahədə işləmək istəyir. Təbii ki, bununla süni şəkildə kəmiyyət yaratmağa ehtiyac yoxdur. Hesab edirəm ki, rəhbər işçilər arasında qadınların olması daha yaxşı olardı”.
Anar Kəlbiyev