Zığ şosesinin 27-ci km-də, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində yük avtomobilindən daş kütləsi yolun hərəkət hissəsinə düşüb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolda olan məlumat sürət tablosunun sağ zolağ hissəsində “məhdudlaşdırıcı zolaq” işarəsi qoyulub. Bununla yanaşı, yoldakı vəziyyətlə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib.
Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur.