"Ayrılanda kişilər dəqiq maaşlarını göstərmirlər. Çox zaman qadının xəbəri olur ki, onun başqa işi və qazancı var. Amma rəsmi göstərir ki, aşağı maaşı var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, valideyn məsuliyyəti böyük məsələdir: "Dünyaya uşaq gətirəndə o məsuliyyəti dərk etməlisən. Yoldaşından ayrılanda uşaqlardan ayrılmırsan. Daim uşaqlarına qarşı diqqətli olmalısan".

Anar Kəlbiyev