"Bir dəfə icra hakimiyyətinin nümyəndələri ilə seminar keçirəndə çıxışımı bitirib dedim ki, kimin sualı var? Bir nəfər dedi ki, sizin dediyiniz məsələlər çox yaxşıdır, amma bizim o qədər işimiz var ki, siz deyən məsələlərlə məşğul olmağa vaxt tapa bilmirik. Özü də qeyd etdi ki, humanitar şöbədən gəlib".

"Unikal" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. 

"Dedim sənin işivi danışıram. Sən gedib ağac əkirsən, müxtəlif təssərrüfat məsələləri ilə məşğul olursan, amma işin o deyil. Rayon icra hakimiyyətlərinin müavinləri deyiləndə çox narahat oluram. Məndən çox onlarla məşğul olan yoxdur", - deyə sədr müavini bildirib.

Anar Kəlbiyev