Təxminən 20 nəfəri daşıyan mikroavtobusun Qahirə yaxınlığında bərədən sürüşərək Nil çayına düşməsi nəticəsində azı doqquz qadın və uşaq həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzada daha 9 sərnişin yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır. 

*** 15:22

Misirin Giza əyalətində mikroavtobusun Nil çayına düşməsi nəticəsində azı 6 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, hadisə nəqliyyat vasitəsinin bərə üzərinə sürdüyü və sürücünün kabinədən çıxması zamanı baş verib.

Bildirilir ki, mikroavtobusun içərisində 26 işçi olub. İndiyədək 6 nəfərin cəsədi tapılıb. Daha doqquz sərnişin, o cümlədən altı uşaq xəstəxanaya çatdırılıb.

Sürücü hadisədən sonra qaçsa da, tez bir zamanda saxlanılıb.

Gülayə Mecid