Biləsuvar rayonunda azyaşlı uşaq qəflətən vəfat edib. 

"Unikal"ın məlumatına görə, 2017-ci il təvəllüdlü Xanım Eyvazlı babası evində dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib. 

Məlumata görə, azyaşlı yaşadığı Bakı şəhərindən Biləsuvara, babasıgilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.                  Ehtiram Muradov