Moskvada miqrantlar arasında baş vermiş silahlı dava zamanı 4 nəfər yaralanıb. 

"Unikal" Rusiya mediasına isitnadən xəbər verir ki, davanın bir neçə iştirakçısı saxlanılıb. 

*** 22:15

Moskvanın cənubunda 10-dan çox insanın iştirak etdiyi dava zamanı atışma baş verib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, hadisə Medinskaya küçəsində olub. Bu zaman dava iştirakçılarından biri atəş açmağa başlayıb.

Hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.

“İlkin məlumatlara görə, hadisə iştirakçılarından bəziləri hadisə yerindən qaçıb, onların axtarışı aparılır”, - hüquq-mühafizə orqanlarından bildirilib. 

Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi münaqişədə təxminən 15 nəfərin iştirak etdiyini qeyd edib.

Hadisə yerinə gələn polis bir neçə vətəndaşı saxlayıb.

"Hadisə yerinin yaxınlığında bıçaq xəsarətləri olan iki zərərçəkmiş aşkar edilərək xəstəxanaya yerləşdirilib", - mətbuat xidmətindən bildirilib. 

Nuranə Abbasova