Vyetnam Sosialist Respublikasının (VSR) Milli Assambleyası (birpalatalı parlament) 15-ci çağırış Milli Assambleyasının Hanoyda keçirilən yeddinci sessiyasında hakim partiyanın Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, ictimai təhlükəsizlik naziri, ordu generalı To Lamı yeni prezident seçib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə Milli Assambleyanın mətbuat xidmətinin rəhbəri Buy Van Kıonq bildirib.

Məlumata əsasən, 66 yaşlı To Lamın dövlət başçısı seçilməsi ilə bağlı qətnaməni Milli Assambleyanın iclasda iştirak edən 473 deputatından 472-si dəstəkləyib.