Son 20 ildə Azərbaycan iqtisadiyyatı əhəmiyyətli inkişaf mərhələsi keçib, 4 dəfədən çox böyüyüb.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Rəşad Orucov Bakda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
"Artıq ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, makroiqtisadi dayanıqlılıq, iqtisadi artımın inklüzivliyi təmin edilib, cəmiyyətin həyat səviyyəsi xeyli yüksəldilib, infrastruktur müasirləşdirilib, iqtisadiyyatımızın instusional mühiti xeyli yaxşılaşdırılıb. Azərbaycan maliyyə bazarları da son illər davamlı inkişafla xarakterizə olunur", - deyə o qeyd edib.