İtaliyanın müdafiə naziri Guido Crosetto Ali Müdafiə Şurasının iclası zamanı pisləşərək xəstəxanaya  yerləşdirilib. 

"Unikal" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, nazir özünü pis hiss edib və həkimlə məsləhətləşdikdən sonra onun xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Crosetto müayinə üçün xüsusi təcili yardım maşını ilə San Carlo di Nancy Xəstəxanasına aparılıb.

Hazırda Müdafiə Nazirliyi və xəstəxana hökumət rəsmisinin səhhətinin vəziyyəti ilə bağlı məlumat verməyib.

Gülayə Mecid