Rusiyanın Əməkdar artisti Yelena Muradova (Dövlətbəyova) Moskvada vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə aktrisanın dərs dediyi Müasir İncəsənət İnstitutunun (ICA) saytında məlumat verilib.

Muradovanın 92 yaşı var idi. Sənətçinin ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Yelena Muradova aktyor Radner Muradovun həyat yoldaşı olub. 

Yelena Muradova 1932-ci ildə Tiflisdə anadan olub.