Vətən üçün Tavuş” hərəkatının lideri Baqrat Srbazan baş nazir postuna namizədliyinin irəli sürülməsinə razılıq verib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

 Onun namizədliyi ilə bağlı siyasi sahənin əldə etdiyi konsensusa qədər həm siyasi, həm də mənəvi sahədən bir sıra adlar müzakirə olunub. Xüsusilə, Arman Tatoyan, Qriqori Xaçaturov, Şirak Yeparxiyasının rəhbəri Mikayel Adjapahyanın və başqalarının adları çəkilsə də, müzakirələr zamanı heç bir namizədlə bağlı geniş konsensus əldə olunmayıb. Məlum olub ki, təkcə yepiskopla bağlı fikir ayrılığı yoxdur, ona görə də o, namizədliyinə razılıq verib. 

Ağarza Elçinoğlu