Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatı İran prezidenti İbrahim Rəisi və digər ölkə rəsmilərini daşıyan helikopterin qəzaya uğradığı yeri qeyri-dəqiq müəyyən edib.

"Unikal" xəbər verir ki,  bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Türkiyə gecəgörmə kameraları və termal görüntüləmə aparatları ilə təchiz edilmiş pilotsuz uçan aparat göndərsə də, aşkarlama vasitələri və buludların altında nəzarət nöqtələrinin olmaması səbəbindən qəza yerini dəqiq müəyyən edə bilməyib", - deyə Baş Qərargah bildirib.

Daha əvvəl Türkiyənin "Anadolu" Agentliyi xəbər vermişdi ki, türk pilotsuz uçan aparatı İran hakimiyyətinə təyyarənin qəzaya uğradığı ərazi barədə məlumat verib. İslam İnqilabı Keşikçiləri Korpusu da məlumatı təsdiqləmişdi. 

Gülayə Mecid