Astroloqlar 23 may 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Bu gün ideallarınız, inanclarınız və ideyalarınız üçün hərəkətə keçəcəksiniz. Bu, həyatda əldə etməyi ümid etdiyiniz şeylər üçün motivasiya qazanmağınıza kömək edəcək. Kommersiya məsələləri, müqavilələr bağlı daha çox araşdırma apara bilərsiniz.

Buğa:
Gün ərzində gəlir və xərclərlə bağlı tənzimləmələr edəcək və tərəfdaşlarınızla birlikdə qazanclarınızı artırmaq üçün hərəkətə keçəcəksiniz. Son zamanların ən böyük şansları ilə qarşılaşa və özünüzü təmin etmək üçün investisiyalarınızda dəyişikliklər edə bilərsiniz.

Əkizlər:

Həyata keçirəcəyiniz işlərlə bağlı tərəfdaşlarınızla görüşə bilərsiniz. Bir müddətdir beyninizi məşğul edən məsələlərlə bağlı öz daxilinizdə haqq-hesab edəcəksiniz. Həyatınıza daxil olan qadın fiqurları ilə şanslı olacağınız bir dövr olacaq. Sizinlə yoldaşınız arasında emosional dərinlik artdıqca, özünüzü ideallaşdırdığınız şeylərə nail olmaqda tapacaqsınız.

Xərçəng:
Dostlarınız və həyatda dəyər verdiyiniz duyğular arasında tarazlığı saxlamaqda çətinlik çəkə bilərsiniz. Bu gün baş verəcək tam Ay ilə iş həyatınızda görəcəyiniz işlərdə sizə dəstək olacaq faktorlar olacaq. Uğurlarınızı olaraq artırmaq üçün iş yerinizdə qadınlarla əməkdaşlıq etmək sizə daha müsbət təsir göstərə bilər. Gündəlik işlərinizi dəyişdirdiyiniz bu müddətdə bəzi xərçənglər iş yerlərini dəyişərək xaricə yerləşmək üçün doğru addım ata bilərlər.

Şir:
Bu gün səhər saatlarında ailənizlə aranızdakı emosional gərginlikdən tez qurtulacaqsınız.Hisslərinizi ifadə etmək, onları üzə çıxarmaq və tərəfdaşınızın qayğısına qalmaq istəyə bilərsiniz. Subay olan şirlər yeni insanlarla tanış ola bilərlər. Dostlarınızın və ya tərəfdaşlarınızın karyeranızla bağlı həyatınıza müsbət təsirini hiss edəcəksiniz. Ortaqlıqlarda çox şanslı və məhsuldar olacağınız bir dövr başlayır.

Qız:
Bu gün səhər saatlarında yaxın ətrafınızla bir yerdə olmaq istəyə bilərsiniz. Ailənizlə görüşmək və onlarla birlikdə vaxt keçirmək istəyə bilərsiniz. Ailənizdəki qadınlarla bağlı məsələlər ön planda olacaq. Ev dəyişdirmək və ya köçmək kimi məsələlər bu gün gündəminizdə ola bilər. Karyera həyatınızda həmkarlarınızla mühüm layihələrin həyata keçirilməsi üçün uğurlu gündür. Etdiyiniz işlər daha çox görünəcək.

Tərəzi:
Gün ərzində yeni bir şey öyrənmək istəyə bilərsiniz və ya bacı-qardaşlarınızla bağlı məsələlər sizin üçün vacib ola bilər. Yeni səyahətləriniz həyat haqqında düşüncələriniz və təsəvvürləriniz üzərində qurulacaq. Təcrübə qazandığınız və dərinliyini hiss etdiyiniz ideyalar üzərində hərəkətə keçməyin zamanı gəlib. Xüsusilə yeni müqavilələr və razılıqlar mövzusunda birgə gəlirinizi artıra bilərsiniz.

Əqrəb:
Qazanclarınızı artıra, daşınmaz əmlak və torpaq investisiyaları məsələlərində bəxtiniz gətirə bilər. Həyatınızda sevilmədiyinizi hiss etdirən hər münasibətdən və hər kəsdən uzaqlaşmaq istəyə bilərsiniz.Bu gün verdiyiniz sevgi və dəyər müqabilində gördüklərinizi düşünüb münasibətlərinizdəki dərinliyi ölçmək istəyəcəksiniz. Maliyyə məsələləri üçün uğurlu gündür. İndiyə qədər etdiyiniz investisiyalardan və üzərində işlədiyiniz layihələrdən qazanc əldə edəcəksiniz.

Oxatan:
Bu gün özünüzlə məşğul olmaq və hisslərinizi ifadə etmək istəyə bilərsiniz. İş həyatınızda gördüyünüz işlərin mükafatlandırılacağı, işlədiyiniz insanların dəstəyi ilə enerjinizi tapacağınız, əylənəcəyiniz bir gün olacaq. Sizin, həyat yoldaşınızın və ya tərəfdaşlarınızın bir-birinizi intellektual olaraq dəstəkləyəcəyi bir gün olacaq.

Oğlaq:
Bu gün ilahi bir yardım hiss edəcəyiniz gün olacaq. Daxili hesablaşma yaşayacağınız bu gün eşq həyatınızla bağlı çox şanslı təsirlərə malikdir. Eşq həyatınızda daha əvvəl yaşamadığınız hiss və ya duyğular yaşaya bilərsiniz. Sevginizi vermək və göstərməkdə çətinlik çəkməyəcəksiniz. Uşaqlarla bağlı mühüm irəliləyişlərin olduğu bir vaxtda daha əvvəl yaşanan böhranları həll etmək şansı əldə edəcəksiniz. Bu müddət ərzində sağlamlığınızla məşğul ola və xəstəxanaya müraciət edə bilərsiniz.

Dolça:
Ətrafınızın genişlənəcəyi günlərdir. Subay Dolçalar üçün sevgi qapını döyə bilər. Daşınmaz əmlak və torpaq alqı-satqısı məsələləri üçün münasib dövr olacaq.

Balıqlar:
Bu gün karyera həyatınızda əhəmiyyətli dəyişikliklər ola bilər. Həyatınıza təsir edən qadınlar taleyinizin dəyişməsində mühüm rol oynayacaq. Bağladığınız müqavilələr və anlaşmalar ön planda olacaq. Yaxın ətrafınız və ya bacı-qardaşlarınızla bağlı məsələlər gündəminizdə ola bilər. Ailəniz və sosial çevrəniz tərəfindən dəstəklənəcəyiniz bu dövrdə görəcəyiniz işlər daha da gözə çarpacaq.

Zərifə Nağıyeva