Rusiya prezidenti Vladimir Putin ABŞ-nin qeyri-dost hərəkətləri ilə əlaqədar Rusiya və Mərkəzi Banka dəymiş zərərin ödənilməsinin xüsusi proseduru haqqında Fərman imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında qeyd olunub. 

Sənəddə prezident ABŞ hakimiyyəti və məhkəmələrinin qərarları ilə əlaqədar əsassız olaraq mülkiyyət hüququndan məhrum edildiyi halda məhkəməyə müraciət etməyə icazə verib.

Bundan əlavə, ABŞ-nin və ya Rusiyadakı əlaqəli şəxslərin əmlakı Rusiyaya və Mərkəzi Banka dəyən zərərin ödənilməsi üçün istifadə edilə bilər.

Ağarza Elçinoğlu