ABŞ-də paraşütçü  3,5 km hündürlükdən düşən telefonunu tapıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı Frank Karbalidon paraşütlə tullanma zamanı telefonu cibindən düşüb. Kişi yerə düşəndən sonra telefonunu itirdiyini anlayıb. 

Frank "cihazımı tap" funksiyasından istifadə etməklə itən əşyasını tapıb. Məlum olub ki, telefon düşən yer meşəlik ərazidədir. Maraqlısı budur ki, telefon 3,5 km hündürlükdən düşməsinə baxmayaraq heç bir zəfə almayıb.